Nil - Orkhan Zeynalli

Nil

Orkhan Zeynalli

00:00

03:51

Song Introduction

Hazırda "Nil" mahnısı ilə bağlı məlumat mövcud deyil.

Similar recommendations

Lyric

Sabahın xeyir, Nil, bu gün hava 10 dәrәcә

Sәmadan bir-iki damcı sevgi vә yağış yağır

Bilirsәn, hәyat bәzәn qәddar olur son dәrәcә

Dәrdә öyrәşdirsәlәr dә, biz heç vaxt barışmadıq

Gecәlәr sәnin olsun, sәn bәzәn ulduzlartәk

Parıltılar içindә işıq saçan incә biri

İnsanlar üzdülәr bizi, onlarda yoxdur gerçәk

Od vurub gözlәdilәr, amma biz alışmadıq

Sabahın xeyir, Nil, Bakıda sәrt külәklәr әsir

Payızın sevgi qoxusunu biz heç vaxt hiss etmәdik

Ayırmaq istәsәlәr dә qәlbin parçalarını

Biz olmadıq tәslim, keçәr bu hәsrәt, dedik

Yatağın istidir, yәqin, üstünü sevgiylә örtüb

Qorudum yadlardan, әtrafında sevgilәr hördüm

Sәnlә hәr zaman susub heç vaxt danışmasaq da

Sәn mәni anlayırsan, mәn sәni anlamasam da

Nil, ötür ömrün illәri

Sәnin ürәyin yaşadır mәni

O günahsız barmaqların

Gecәlәr toxunur, oyadır mәni

Nil, ötür ömrün illәri

Sәnin ürәyin yaşadır mәni

O günahsız barmaqların

Gecәlәr toxunur, oyadır mәni

Sabahın xeyir, Nil, bütün Bakı duyur әtrini

İslanmış prospektdәn keçib yәqin dәrdli bir kәs

Bu mahnılar da bir gün bilәcәk sәnin qәdrini

Radioda sәndәn danışır bu gün şöhrәtli bir kәs

Mәsafәlәr heçdir, xәritәdә bir-iki barmaq

Biz dünya boyda olsaq da, heç vaxt öyünmәdik

Qırılan körpülәrdәn uzaq qaçıb tәnha qalmaq

Biz tәnha rәqәmlәrtәk ikiyә bölünmәdik

Axşamın xeyir, Nil, yәqin ki, tanıdın mәni

Tozla dolu bu şәhәrdә heç kimә qarışmadıq

Mahnılar qәmlәndikcә zirvәyә qaytarır mәni

Hәr kәs bizdәn danışdı, sәn heç vaxt danışmadın

İsidir sevgini bәzәn soyuqdan donmuş әllәr

Deyәsәn, qanadını әzdin sәmalardan düşәndә

Bu notlar sәnә yad deyil, hәr birini tanıyırsan

Mәn sәni anlamasam da, sәn mәni anlayırsan

Nil, ötür ömrün illәri

Sәnin ürәyin yaşadır mәni

O günahsız barmaqların

Gecәlәr toxunur, oyadır mәni

Nil, ötür ömrün illәri

Sәnin ürәyin yaşadır mәni

O günahsız barmaqların

Gecәlәr toxunur, oyadır mәni

- It's already the end -