Bir Də Gəlsəm - Orkhan Zeynalli

Bir Də Gəlsəm

Orkhan Zeynalli

00:00

03:23

Song Introduction

Hal-hazırda bu mahnı haqqında məlumat yoxdur.

Similar recommendations

Lyric

Dedilər, pis yaşıdır indi, gözünüz üstündə olsun

İstəyir, hamıdan güclü, hamıdan üstün bəy olsun

Pis vərdişlər gəlir zəif insanın iyinə hər an

Bir də ayılırsan ki, ailən olub iynə, dərman

İki dostun xəyalları, o yaş belə idi

Mən də doğru yolları onun kimi kaş biləydim

İlk öpüş qədər şirin ilk dəfə dadına baxmaq

Səhv yolun cazibəsi əyə bilər daş biləyi də

Çox heyif

Dostumda özümü görürdüm, qızlar mənə baxmırdı

Mən baxıb gözümü döyürdüm

Dostum doğru yolu seçdi: idman, döyüş və yarışlar

Mənsə iradəsizlik medalıyla özümü döyürdüm

Yumruq sıxmaq belə bu gün çətin gəlir mənə

Azıb qalmışam haramın yollarında

Bədənim yalvarır ruhuma ondan əl çəkim deyə

Son dəfə yuxuya getmək anamın qollarında

(Haradasan?)

Mən bir də gəlsəm dünyaya

Saf gözlərinə doymaram

Səhvim oldu, denən, harada?

Gəlim bir də, qalım orada

Gəl doğru yoldan boylanaq

Gözümün içinə bax, ana, çəkinmə məndən

Bilirəm, solub üzüm, azalıb çəkim bədəndə

Sən məni belə böyütməmişdin, üzülmə, nə olar

Çalış, görə biləsən oğlunu üzümdə, nə olar

Yadına gəlir, iki körpə dost qalırdıq evdə?

"Böyüyəndə kim olacaqsan?" sualına dalırdıq hərdən

Yenidən doğuluram deyib boğuldum öz qanımda

Hamı sevsin, istəyirdim, indi sevmir öz anam da

Əlimdən tut, bax, həmin o balaca uşağam

Qaranlıqda səni qorumaq üçün yanacaq o şamam

"İnanıram sənə" deyib sığallamağın idi qızıl anım

Mənsə inamını satıb oğurladım qızılların

Halbuki bu səhv yolu seçəndə axı özümdə idim

"Gözəl övladım" deyirdin, bəlkə gözün dəydi

Hər şeyini aldım əlindən, bağışlamağa heç nə qalmayıb

"Bağışla, ana" deməyə belə artıq üzüm gəlmir

Mən bir də gəlsəm dünyaya

Saf gözlərinə doymaram

Səhvim oldu, denən, harada?

Gəlim bir də, qalım orada

Gəl doğru yoldan boylanaq

Mən bir də gəlsəm dünyaya

Saf gözlərinə doymaram

Səhvim oldu, denən, harada?

Gəlim bir də, qalım orada

Gəl doğru yoldan boylanaq

- It's already the end -