Yaşamaq Lazım - Mehdi Sadiq

Yaşamaq Lazım

Mehdi Sadiq

00:00

03:24

Song Introduction

Hal-hazırda bu mahnı ilə bağlı məlumat yoxdur.

Similar recommendations

Lyric

Yaşamaq lazım, ya da ölmək lazım

Çətindir bu həyat, geriyə dönmək lazım

Bax, dostum, yaşamaq lazım, ya da ölmək lazım

Çətindir bu həyat, geriyə dönmək lazım

Dönmədikmi, dostum, səninlə boş küçələrdə?

Ya da ki, görmədikmi min cür üzü birgə, yan-yana?

Döymədikmi qanlı-qanlı davaların ortasında?

Söymədikmi ümüdləri xəyalların arxasından?

Bitmədimi sevgilər qızların göy gözlərində?

İtmədimi sevdiklərimiz əllərimizdən çıxıb?

Getmədimi, bizdən uzaqlara?

Dostum, getmə sən də uzaqlara

Bitir xəyallarım

Bitir ümidlərim

Yaşamaq çox çətin

Gəlirdi yaşamaq çox çətin

Bitir xəyallarım

Bitir ümidlərim

Yaşamaq çox çətin

Gəlirdi yaşamaq çox çətin

Amma yaşamaq lazım ya da ölmək lazım

Çətindir bu həyat, geriyə dönmək lazım

Bax, dostum, yaşamaq lazım, ya da ölmək lazım

Çətindir bu həyat, geriyə dönmək lazım

Gəzərdik məhəlləmizdə, binanın damlarında

Həyatımız fərqli idi, bilməzdik yalanlarında

Dəyişməz görüş vaxtı, görüş yeri, döngələr də

Qışqırıb çağırardıq evlərin eyvanlarından

Dəyişdi həyat, həyatın üzünü gördük

Dəyişdi səhvlərimiz, həyatın da düzünü gördük

Gördük ki, ölüm var, ayırır doğmalardan

Biz uşaq idik, tez böyüdük başqalardan

Oxumadıq məktəbi də, oxumadıq fərli başlı

Məktəbdə dava düşərdi, koridorda biz də dalaşdıq

Dərsdən çıxardıq, səhvdən dərs çıxarmadıq

Həyatın məktəbində çaşdıq, dilimiz dolaşdı

Dedim ki, xatırla, yanımda qalmaq üçün

Yüküm də çox ağırdır, sənsiz bax, çatmır gücüm

İnsanlar ölüb gedir, dostluqlar ölmür ki

Həyat da irəli gedir, geriyə dönmür ki

De mənə kim yalan kim doğru

Həyatımız saat, əqrəblər oğru

Sən davam elə, mənim üçün sondur

Gedirəm mənim zamanım doldu

Amma yaşamaq lazım ya da ölmək lazım

Çətindir bu həyat, geriyə dönmək lazım

Bax, dostum, yaşamaq lazım, ya da ölmək lazım

Çətindir bu həyat, geriyə dönmək lazım

İnsanlar ölüb gedir

Dostluqlar ölmür ki

Həyat da irəli gedir

Geriyə dönmür ki

Geriyə dönmür ki

- It's already the end -