Söz - SAYBU

Söz

SAYBU

00:00

02:02

Song Introduction

Hal-hazırda bu mahnı ilə bağlı məlumat yoxdur.

Similar recommendations

Lyric

Burax aşağı başı aşağı

Rüşvət alan oğraşları

Canımıza daraşanın

Bax aşarıq daş hasarını

O dünyanı başa salan

Bu dünyanı başa sarın

Bitirin bu tamaşanı

Həqiqəti paylaşarıq

Qidaların qarışığı

Ana südü qaşıqdadır

Kimə açar qucağını

Döyən ata uşağını

Oyun sizin həyatınız

Oyun deyil, bu söz həyatı

Götün çatır çöz həyatı

Gözucu-gözucu baxanların öz həyatı

Baxma sözə gözəyarı

Söz mənim beynim

Söz mənim əl-ayağım

Hər məni dinləyənlər

Deyil mənə hələ yaxın

Duz-çörəyi kəsin, kəsin

Kəsməyəni kəsin, atın

Sürürük öz ömrümüzü

Minmirik biz özgə atını

Şansımıza kölgə salır

Uğurumuz gözə batır

Doğruluğa gücün

Nə də dostluğa pulun çatmır

Etibarı almaq olmur sözlə satın

Gözlə, çatım!

Ətin ayağı sürüşkənin

Şiş saxlamır, közə atır

Söz qulağa yatır, necə

Göz oxşayır gözəl qadın

Üzü qara güzəranın

Yanlış halda düz aranır

Görmüş üçün badə qaldır

Görməmişə süz arağı

Səhər mehi, sübh çağı

Səbuhini Saybu çağır

Çörək dalınca qaçanın

Can alır çörək bıçağı

Görünməz ucu-bucağı

Ucalaq, görək uzağı

Sevgi sevmir gözü koru

Kor görmür düzbucağı

Dərs olursa, güc alırıq

Görmə bizi yükü ağır

Düzü düzdən soruşarlar

Bicliyə tülkü baxır

Dünən başqa düşündürür

Sabahı bu günkü ağlım

Sevənlərim, doğmalarım

Yaxınlarım həm həmkarım

Yalnız kütlə ola bilər

Sənətkarın tələbkarı

Siz istəyin, mən də yazım

Söz, söz!

Siz istəyin, mən də yazım

Söz, söz!

Siz istəyin, mən də yazım

Söz, söz!

- It's already the end -