Şeytan - Okaber

Şeytan

Okaber

00:00

03:12

Song Introduction

Müvəqqəti olaraq bu mahnı ilə bağlı məlumat yoxdur.

Similar recommendations

Lyric

Yoxluğumu tapıb çıxarmağı gələn gündən başla

Bütün bədənim ölə bilər mənim, tək beynimdən başqa

Gəl danışım sənə insultdan, içkilərdən, nevrozumdan

Demək ki, əsl şairlər ölüb qaraciyər sirrozundan

Şeytan çatlayan məqbərələr, dağılan sərdabələrdir

Sirli and sandığı uğrunda gəbərən sərkərdələrdir

Saxta övliyaların hədislərinin xurafatları

Cahillik, avamlıq, "Danabaş kəndinin əhvalatları"

Ya da ki körpənin dünyaya necə gəldiyini bilməsidir

İfritələrin xəyanəti, fahişə qadının hiyləsidir

Süni xrizantem göz yaşına qucaq göstərər

Yumru dünyanı bəşər övladına üçbucaq göstərər

Arzuların rekviyemi qələm, kağız, təknə, dəniz

Bozqurdun yaşamağının Turan olduğu tək nədəni

Şirin kaprizləri tuşlanıb qəlbimə silah kimi

Dilimdən düşmür möminin dilindən "Bismillah" kimi

Mənim sevgim qibləgah, Tac Mahal, Ayasofiyadır

Mənim sevgim sevgidən də müqəddəsdir, paranoyadır

O qədər pak və safdır, həsəd aparar iblislər

İnsanları reallıqlar yaşadırsa, məni hisslər

Bəs onda kim gizlər nəmli gözləri pəncələrimdən?

Sən danış bəlkə-lərindən, mən danışım məncə-lərimdən

Həqiqətin bəlasından danış, göstər xətasını

Şeytan gəldi, hər kəs gözləyirdi "Xaç Atası"nı

(Bozqurdun yaşamağının Turan olduğu tək nədəni)

(Bozqurdun yaşamağının Turan olduğu tək nədəni)

(Bozqurdun yaşamağının Turan olduğu tək nədəni)

(Bozqurdun yaşamağının Turan olduğu tək nədəni)

(Bozqurdun yaşamağının Turan olduğu tək nədəni)

(Bozqurdun yaşamağının Turan olduğu tək nədəni)

- It's already the end -