Sərxoş Nəzakəti - F'rhyme

Sərxoş Nəzakəti

F'rhyme

00:00

01:38

Song Introduction

Üzr istəyirik, bu mahnı haqqında hazırda məlumat yoxdur.

Similar recommendations

There are no similar songs now.

Lyric

Yaşımla yaşanmışların arasındakı aşılmış sürət həddi

Cənnət bir metr uzaqda

Ora girməyin də formulu cibimdədir

Amma çevrilirəm qorxduğum birilərinə ilbəil

Çətin gəlir sona çatmaqçün addımlamaq

Hər boş məsafəni

Bağışla, afətim, mənimki siyasi yalançılıq

Mənəvi oğurluq

Narkoman səliqəsi və sərxoş nəzakətidir

Amma bilmədiyimi dilə gətirmərəm

Mən qətiyyən həm də bu

Dünyanın beyin qapağıma sığmama problemidir

Məncə, klostrofobiyamı tətikləyən

Ən qəlizi bu dairənin izahına varmaqdır

Ən dözülməz olansa yan oturacaqda

Oturub sürücünün insafına qalmaqdır

Olduqca təbiidir haqqını axtaran gəncliyin azması

Toplumun gözünü bağlayıb

Ağzını yemləmək sadəcə vicdan masturbasiyası

Gəzdirirəm üstümdə meqamozq

Təcili daha günəşli iqlimə etməliyəm teleport

Qurtara bilməz cümləmi metafor

Ruhumu metadon

Bu quyunun ətrafında gəzmirəm

Olduqca dibindəyəm

Məhkumam boğulduqca dirilməyə

Mənim sağ böyrəyim daha çox yaşamağı təklif edir

Sol böyrəyim otkaz gedir, yəqin ki səbəbi

Yaşımla yaşanmışların arasındakı aşılmış sürət həddi

Cənnət bir metr uzaqda

Ora girməyin də formulu cibimdədir

Amma çevrilirəm qorxduğum birilərinə ilbəil

Çətin gəlir sona çatmaqçün

Addımlamaq hər boş məsafəni

Siyasi yalançılıq

Narkoman səliqəsi və sərxoş nəzakəti

- It's already the end -