Serenada - Pəncərə - Ədalət Şükürov

Serenada - Pəncərə

Ədalət Şükürov

00:00

04:20

Similar recommendations

Lyric

Sənin pəncərəndə yenə yanmır işıq

Yenə sən evdə, mən küçədə qalmışıq

Qaranlıq gecədə, gözümün işığı

Nə olar, bircə dəfə baxsan aşağı!

Gecənin bu çağında, sən isti otağında

Nəğmə deyirəm mən sənə bu həyətdən

Səhərəcən pəncərənə baxan mənəm, mən

Səhərəcən bu mahnını oxuyan mənəm

Səhəri gözlərimlə açan mənəm, mən

Dəniz rəngli gözlərdə batan mənəm, mən

Dəniz rəngli gözlərdə batan mənəm, mən

Yaşamaq çətindir, qısadır bu ömür

Gəl barışaq, unudaq biz keçənləri

Dilim səndən başqa bir ayrı söz demir

Kölgəm arxanca gəzir bu küçələri

Gecənin bu çağında,sən isti otağında

Nəğmə deyirəm mən sənə bu həyətdə

Səhərəcən pəncərənə baxan mənəm, mən

Səhərəcən bu mahnını oxuyan mənəm

Səhəri gözlərimlə açan mənəm, mən

Dəniz rəngli gözlərdə batan mənəm, mən

Dəniz rəngli gözlərdə batan mənəm, mən

Olan oldu, keçdi, sən incimə məndən

Çox itirdim həyatda, heç nə tapmadım

Bir kəlmə şirin söz istəyirəm səndən

Bir imkan ver mənə ömrümə qayıdım

Gecənin bu çağında, sən isti otağında

Nəğmə deyirəm mən sənə bu həyətdə

Səhərəcən pəncərənə baxan mənəm, mən

Səhərəcən bu mahnını oxuyan mənəm

Səhəri gözlərimlə açan mənəm, mən

Dəniz rəngli gözlərdə batan mənəm, mən

Dəniz rəngli gözlərdə batan mənəm, mən

Səhərəcən pəncərənə baxan mənəm, mən

Səhərəcən bu mahnını oxuyan mənəm

Səhəri gözlərimlə açan mənəm, mən

Dəniz rəngli gözlərdə batan mənəm, mən

Dəniz rəngli gözlərdə batan mənəm, mən

- It's already the end -