Məni Xatırla - Orkhan Zeynalli

Məni Xatırla

Orkhan Zeynalli

00:00

02:31

Song Introduction

Hazırda bu mahnı ilə əlaqəli məlumat yoxdur.

Similar recommendations

Lyric

Yenə 10 yaşındayam, 5 iyun yığılmışıq parkda

Baxıram kənardan öz ad gününü qeyd eləyən Orxana asta

Asta baxıram ki, tanımasın, birdən tanıyar qorxar

Necə saf cizgilərin var imiş, niyə belə dəyişdin, Orxan?

Yenə 13 yaşındayam, iyunun sonu, Mərkəzi Univermaq

Dostumuza hədiyyə seçirik, bu qədər dost, bu qədər doğma

Bu qədər şən, zarafatcıl, dosta görə can yandıran oğlan

Hara getdi bu qardaşlıqlar, niyə belə dəyişdin, Orxan?

Yenə 15 yaşındayam məktəbin damında səhərə yaxın

İllər keçəcək, amma bir də olmayacan Allaha bu qədər yaxın

20 yaşındayam, gözlərim yol çəkir

İnanıram çox sevənim var

Çoxunun ürəyinin içindəyəm, niyə belə dəyişdin, Orxan?

Bu gün 30 yaşındayam, heç dəyişməmişəm əslində

Bu soyuq körpüdə həyat hönkürər

Həyat bəhs edər ölümün əksinə

Bir daha düşünüm, dərin nəfəs alım, bir daha bərk durum

Əlimdə son damla cəsarət və ilk vəda məktubu

Məni xatırla

Mahnılarım silinməsin qoy yaddaşından

Məni xatırla

İstəməzdim bəlkə bu qədər erkən daş olmaq

Bu qədər günahı kim dedi bir "bağışla" silər?

("bağışla" silər)

Məzarıma qoyduğun dodaq boyasını

Bir payız günü yağışlar silər

Məni xatırla

Mahnılarım silinməsin qoy yaddaşından

Məni xatırla

İstəməzdim bəlkə bu qədər erkən daş olmaq

Bu qədər günahı kim dedi bir "bağışla" silər?

("bağışla" silər)

Məzarıma qoyduğun dodaq boyasını

Bir payız günü yağışlar silər

Məni xatırla

- It's already the end -