Eyni Şeylər - BADCLAUSE

Eyni Şeylər

BADCLAUSE

00:00

03:26

Song Introduction

Hazırda bu mahnıya dair məlumat yoxdur.

Similar recommendations

Lyric

Mən həmənki yazan adam, sən həmənki şeir

Münasibət çox dəyişibdir, daha əvvəlki deyil

İllər ötsə də belə, hələ də məyus, yolumuz eyni

Səndən özgə hər mübtədaya məchul oldu felim

Ötüb keçdi geridə qalan 3 il

Və yadıma düşdükcə darıxacaqdım

Darıxırdım... Halım acınacaqlı

Başa düşərsən yəqin məni, sənin də səbrin tükənib

Sübhdən uzaq, nəfəs dərirmiş kimi dərirəm gecəni

Məni yorur eyni həyat, sıxıcı, monoton

Eyni gün, güzəran eyni, halım eyni, əhval eyni

Hər gün ayrı ahı geyinsə belə ruhum

Ehtişamı eyni dərdin

Bitməz-tükənməz, özümə yükəm mən

Yazmadıqca yadırğasam da

Hər dəfə məsum baxışlara görə səni bağışlasam da

Ətrafımdan iyrənib, insanlardan iyrənib

Otağıma qapansam da, çarəsi yox bəzi şeylərin

Məni yada salmasan da, üzümə baxmasan da

Sevgimi anlamasan da, bir oda yanmasaq da

Gecələr qəhərlənib başqasıyçün ağlasan da

Hamı getsə belə, sonda yanında mən olacam

Məni yada salmasan da, üzümə baxmasan da

Sevgimi anlamasan da, bir oda yanmasaq da

Gecələr qəhərlənib başqasıyçün ağlasan da

Hamı getsə belə, sonda yanında mən olacam

Tanıdığım gündən eyni, səbirsiz və ərköyünsən

Çox haqsızlıq elədin, susdum, təki sən gülümsə

Hər dəfə yanıma gəlsən belə düşdüyün hər düyündə

Ürək sözlərimi eşitmədin şəhərin səs-küyündən

Səni bəzən səhv salıram içimdəki tənhalıqla

İkiniz də eyni, təklik və səssizlikdən ibarət

Ölümünə vurğunam sənə bütün səhvlərinin acığına

Hətta alıb verdiyim nəfəs də sənə ithafən

Nə vaxtsa məni anlamasan, ürəyinin səsini dinlə

Bu günə kimi dərdim olmayıb sevmək, nə sevilmək

Yanımda olmağın istədim, olsa da çətinliklə

Məncə xoşbəxt olmaq üçün sənə bəs idim mən

Artıq günlərim aydın deyil, nə gecəm xeyrə

Dəqiqələr ötüb keçir, çoxalır məni üzən şeylər

Nə qədər ölsə də yaşam sevincim, incitsən də məni

Tək qalmaq istəsən belə, heç yerə gedən deyiləm

Məni yada salmasan da, üzümə baxmasan da

Sevgimi anlamasan da, bir oda yanmasaq da

Gecələr qəhərlənib başqasıyçün ağlasan da

Hamı getsə belə, sonda yanında mən olacam

Məni yada salmasan da, üzümə baxmasan da

Sevgimi anlamasan da, bir oda yanmasaq da

Gecələr qəhərlənib başqasıyçün ağlasan da

Hamı getsə belə, sonda yanında mən olacam

- It's already the end -